Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə yola düşüb

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20 illik yubileyi sammitində iştirak etmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfərə yola düşüb.

Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.


Bütün xəbərlər Facebook səhifəmizdə