Rəsmi Bakı İranın Azərbaycandakı səfirinin geri dönməsinə münasibət bildirdi

Rəsmi Bakı İranın Azərbaycandakı səfirinin geri dönməsinə münasibət bildirdi

Azərbaycan Xarici İşlər Nazirliyi İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhraminin Bakıya dönməsinə münasibət bildirib. SİA-nın xəbərinə görə, jurnalistlərə açıqlama verən XİN-nin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, səfir İran Xarici İşlər Nazirliyi tərəfindən məsləhətləşmələr üçün Tehrana çağrılmışdı: "Bu prosedur qaydalarına uyğun olaraq həyata keçirilib".


E. Abdullayev həmçinin xatrıladıb ki, Azərbaycanın İrana verdiyi son notaya qarşı tərəf hələ cavab verməyib: "Lakin Azərbaycan şairlərinin İranda saxlanılması məsələsi daim XİN-in diqqətindədir və məsələ ilə Azərbaycanın həm Təbrizdəki konsulluğu, həm də Tehrandakı səfirliyi məşğul olur".

Bütün xəbərlər Facebook səhifəmizdə