"Rəsmi Bakı Suriya hərbi hava qüvvələri tərəfindən türk hərbi qırıcısının vurulmasını pisləyir". SİA-nın məlumatına görə, bunu açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib: "Hesab edirik ki, bu cür hadisələr ciddi şəkildə araşdırılmalıdır. Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır və onun mövqeyini dəstəkləyir, dəstək olub və gələcəkdə də olacaq".
Azərbaycanın Suriyadakı səfirliyinin fəaliyyətinə gəlincə isə Elman Abdullayev bildirib ki, səfirlik öz fəaliyyətini davam etdirir və səfirin geri çağırılması məsələsi gündəmdə deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB