BMT Baş Assambleyasının sentyabr ayında keçiriləcək 66-cı sessiyasında Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) bu quruma müşahidəçi statusu ilə qəbulu məsələsinə baxılacaq. SİA-nın məlumatına görə, bunu TürkPA-nın baş katibi Ramil Həsənov bildirib.
Bununla bağlı TürkPA-ya üzv ölkələrin BMT-dəki səfirlərinin müvafiq işlər apardığını deyən R. Həsənovun sözlərinə görə, BMT Baş Assambleyasında müşahidəçi statusu almağın qurumun beynəlxalq fəaliyyətində mühüm rolu olacaq.
R. Həsənov Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (TÜRKKON) dövlət başçılarının Bişkekdə keçirilməsi planlaşdırılan sammitində TürkPA və TÜRKKON arasında əməkdaşlıq barədə sazişin imzalanacağını söyləyib.
R.Həsənov TürkPA-nın cari ilin 6 ayında fəaliyyəti barədə hesabat verərək deyib ki, bu müddət ərzində ATƏT PA-nın, MDB PA-nın, Avropa Xarici İşlər Nazirləri Şurasının, İslam Əməkdaşlıq Təşkilatı PA-nın, Avropa Parlamentinin və digər beynəlxalq qurumların həlledici tədbirlərində və layihələrində yaxından iştirak edilib. Fevral ayında ATƏT PA-nın sessiyası çərçivəsində qurumun nümayəndələri ilə TürkPA nümayəndələri arasında danışıqlar aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB