Vyetnam Kommunist Partiyası: “Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinin tərəfdarıyıq”

"Biz münaqişələrin, həmçinin Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinin tərəfdarıyıq". SİA-nın xəbərinə görə, bunu Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici İşlər Komissiyasının sədr müavini Vuonq Thua Phong bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin ədalətli nizamlanmasında beynəlxalq ictimaiyyət yaxından iştirak etməlidir.

O, münaqişənin nizamlanması üçün danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb: "Mənim bu münaqişə ilə bağlı məlumatım var. Danışıqlar davam etməlidir. Biz bu prosesin asan olmadığını da bilirik. Lakin sülh regionun xeyrinə olar. Biz də öz tərəfimizdən münaqişənin həllinin sürətlənməsinə dəstək verməyə hazırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə