Türkiyənin hakim partiyası: “Biz dünən də, bu gün də, sabah da Azərbaycanın yanındayıq”
"Türkiyə və Azərbaycan iki qardaş ölkədir və onların ümumi maraqları var. Bu səbəbdən biz bütün sahələrdə əlaqələri inkişaf etdirməliyik. Xüsusilə iqtisadi baxımından əlaqələr daha çox inkişaf olunmalıdır". SİA-nın xəbərinə görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının deputatı Avni Ərdəmir bildirib. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlər daha çox inkişaf etməlidir.
Millət vəkili həmçinin Dağlıq Qarabağ münaqişəsinə də toxunub: "Biz dünən də, bu gün də, sabah da Azərbaycanın yanındayıq. Amma eyni zamanda, bölgədə sabitliyin və sülhün olması vacibdir. Azərbaycanın işğal edilmiş torpaqları geri qaytarılmalıdır və Türkiyə birmənalı olaraq sona kimi bu mövqeyində qalacaq. Türkiyə hər zamankı kimi işğal olunmuş Azərbaycan torpasqlarının şərtsiz azad olunması mövqeyində durub\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB