Əli Əhmədov: \"ATƏT-in Minsk Qrupunun regiona növbəti səfərindən gözləntilərimiz aydındır\"

Əli Əhmədov: \"ATƏT-in Minsk Qrupunun regiona növbəti səfərindən gözləntilərimiz aydındır\"

\"ATƏT-in Minsk Qrupunun regiona növbəti səfərindən gözləntilərimiz aydındır. İstəyimiz isə Azərbaycan ərazilərinin işğaldan azad olunması, qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmasıdır\". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib. O bildirib ki, həmsədlər regiona dəfələrlə səfər edirlər və bu səfərlərin sayı o qədər çoxdur ki, xalq arasında buna \"turist səfərləri\" adı verilib.

\"Biz onların regiona səfərinə etiraz etmirik, çünki onlar münaqişənin həlli kimi bir missiyanı qarşılarına məqsəd qoyublar. Lakin təəssüf ki, edilən çoxsaylı səfərlərə baxmayaraq bu günə kimi münaqişənin nizama salınmasına əhəmiyyətli təsir göstərməyib. Əhəmiyyətli təsir dedikdə, biz münaqişənin sona yetməsini, Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasını nəzərdə tuturuq. Bunu həll etməkdən ötrü ilkin addım həmsədrlərin təcavüzkarı açıq şəkildə göstərmək və onun qarşısında Azərbaycan torpaqlarını azad etməsini şərt olaraq qarşıya qoymaqdan ibarətdir. Əgər bu şərtlərə əməl edilməsə, münaqişənin nizama salınması üçün həmsədrlərin atdığı addımlar bundan sonra da öz nəticəsini verməyəcək\", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə