Elnur Aslanov: \"Türkmənistanla bağlı bizim mövqeyimiz açıq və aydındır”
\"Azərbaycan-ABŞ münasibətlərinin daha da dinamik inkişaf etməsi üçün ölkədə səfirin mövcud olması zəruridir\". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov ABŞ-ın Azərbaycanda səfir postuna Riçard Morninqstarın namizədliyi barədə sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, müəyyən bir dövr ərzində Azərbaycanda ABŞ səfirinin olmaması və indi yeni səfirin təyinatının reallaşmaq üzrə olması Azərbaycan-ABŞ münasibətlərinin daha da dinamik xarakter alması, istər siyasi, istər iqtisadi, istərsə də digər sahələrdə əməkdaşlığın yeni mərhələyə keçməsinə zəmin yaratmış olacaq.
Türkmənistanın "Kəpəz" yatağında seysmik tədqiqat işləri aparmaq cəhdinə gəlincə PA rəsmisi: "Azərbaycan Xarici İşlər Nazirliyinin artıq bununla bağlı bəyanat verib. Bizim mövqeyimiz açıq və aydındır"-deyə, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB