\"Bakı-2020: Gələcəyə baxış inkişaf konsepsiyası” müzakirə edilib - FOTOLAR
Bu gün "Bakı-2020: Gələcəyə baxış inkişaf konsepsiyası" çərçivəsində İKT sahəsində görülən işlərə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov, millət vəkilləri və digər nümayəndələr iştirak edib.
Tərbiri giriş nitqi ilə açan Əli Əhmədov bildirib ki, adıçəkilən konsepsiya çərçivəsində Azərbaycan iqtisadiyyatı keyfiyyətcə yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Bu irəliləyişin daha yüksək səviyyədə inkişaf etdirilməsi elmi dəyişikliklər tələb edir. YAP-ın sədr müavimi qeyd edib ki, məhz Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzalamış olduğu bu konsepsiya haqqınada sərəncam iqtisadiyyatın inkişaf etməsində böyük rol oynayır: "Məhz bu inkişafın bir hissəsi də İKT sahəsini əhatə edir ki, bu sahədə də böyük layihələr həyata keçirilir\".
Daha sonra Əli Abbasov çıxış edərək İKT sahəsində görülmüş və görüləcək işləri qonaqların diqqətinə çatdırıb. Qeyd olunub ki, bu gün tək Azərbaycanda deyil, həmçinin ölkə hüdudlarından kənarda da bu inkişaf konsepsiyası ilə bağlı dünya ölkələrinin diqqəti ölkəmizə yönəlib. Bildirilib ki, konsepsiyanın əsas hədəfi 2020-ci ilədək ümumi daxili məhsulun 2 dəfə artırılmasını təmin etməkdir və bu artım da məhz qeyri-neft sektorunun inkişafı üzrə olmalıdır.
Tədbirdə digər çıxış edənlər də konsepsiya haqqında fikirlərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB