Türkiyənin cənub-şərqində, Hakkari vilayətinin İraqla həmsərhəd Dağlıca zastavasındakı türk əsgərləri PKK terrorçularının hücumuna məruz qalıb. CNN türkün məlumatına görə, terrorçular iyunun 19-da səhərə yaxın üç istiqamətdən hərbi hissəyə basqın edib. İlkin məlumatlara əsasən 8 əsgər şəhid olub, 15 əsgər yaralanıb. Bölgəyə hərbi helikopterlər və əlavə canlı qüvvə göndərilib. Ərazidə döyüş davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...