Ramil Usubov: \"Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini yox olmaqdan xilas edib\"

Ramil Usubov: \"Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini yox olmaqdan xilas edib\"

Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini yox olmaqdan xilas edib. SİA-nın xəbərinə görə, bunu daxili işlər naziri Ramil Usubov deyib. Nazir bildirib ki, Azərbaycan 1991-ci ildə müstəqillik qazansa da, müstəqilliyini 1993-cü ilin may-iyun aylarında itirmək təhlükəsi ilə üz-üzə idi. Naxçıvandan Bakıya gələn Heydər Əliyev Azərbaycanın müstəqilliyini yox olmaqdan xilas edib.

\"Baxmayaraq ki, biz 1991-ci ildə müstəqillik qazanmışdıq, amma onu 1993-cü ilin may-iyun aylarında itirmək təhlükəsi ilə real üzləşmişdik. Heydər Əliyevin gördüyü tədbirlər nəticəsində ölkədə ictimai-siyasi vəziyyət sabitləşdi, kriminogen durum nəzarət altına alındı. Onun rəhbərliyi ilə Azərbaycanda inkişaf başladı. İstərdim, gənclərimiz bilsin ki, Azərbaycanda bu qurtuluş, əmin-amanlıq nə qədər əzab-əziyyət hesabına başa gəlib\", - deyə daxili işlər naziri qeyd edib.


Bütün xəbərlər Facebook səhifəmizdə