Mehriban Əliyevaya “İlin birinci xanımı” mükafatı təqdim edildi - FOTO

Türkiyənin nüfuzlu iqtisadiyyat və iş dünyası nəşri olan "Ekovitrin" jurnalının keçirdiyi sorğunun nəticələrinə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2011-ci ilin yekunları üzrə "İlin birinci xanımı" nominasiyasının qalibi olub. İstanbuldakı "Green Park" otelində mükafatın təqdim olunması mərasimini "Ekovitrin" jurnalının sahibi Kamran Abaçıoğlu açaraq, laureatları və qonaqları salamlayıb, jurnalın keçirdiyi sorğu haqqında ətraflı məlumat verib. Bildirilib ki, sorğu iki ay davam edib, 34 nominasiya üzrə 102 siyasət, biznes, incəsənət və elm xadiminə 251 min 562 səs verilib. İki ay davam edən səsvermədən sonra ilin ulduzları müəyyən olunub.


Salona toplaşan nazirlər, beynəlxalq təşkilatların nümayəndələri, millət vəkilləri, Türkiyənin və dünyanın nüfuzlu iş adamlarının sürəkli alqışları altında Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın layiq görüldüyü "İlin birinci xanımı" mükafatını İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu və Kamran Abaçıdan qəbul edib.


Mərasimdə "İlin naziri" nominasiyasında mükafat Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günaya, "Beynəlxalq diplomatiya" mükafatı isə İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğluna təqdim olunub.


Türkiyənin nüfuzlu universitetlərinin rektorları Mustafa Aydın, Sezer Şener, "Çalık İnşaat" şirkətinin sahibi Əhməd Çalık, İstanbulun Şişli rayonunun bələdiyyə sədri Mustafa Sarıgül və digər nüfuzlu şəxslər laureatlar arasında olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...