Bu gün Milli Məclisin növbədənkənar sessiyası başlayıb. SİA-nın verdiyi məlumata görə, dövlət himninin səsləndirilməsindən sonra iclasının gündəliyi açıqlanıb. Məlum olub ki, gündəliyə 10 məsələ daxil edilib.
Milli Məclis ilk növbədə, \"Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında\" Konstitusiya qanununu ikinci səsverməyə çıxaracaq.
İclasda \"Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında\" qanuna, \"Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında\" qanuna, \"Kommersiya sirri haqqında\" qanuna, \"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında\" qanuna, \"İstehsalat və məişət tullantıları haqqında\" qanuna, \"İnformasiya əldə etmək haqqında\" qanuna, həmçinin İnzibati Xətalar Məcəlləsində və Vergi Məcəlləsinə dəyişikliklər edilməsi də müzakirə olunanlar sırasındadır.
Milli Məclis günün sonunda Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsini ikinci oxunuşda müzakirəyə çıxaracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB