Nizami rayon İcra Hakimiyyətində media mənsubları ilə görüş keçirilib

Nizami rayon İcra Hakimiyyətində media mənsubları ilə görüş keçirilib
Bu gün Nizami rayon İcra Hakimiyyətində aparıcı Kütləvi İnformasiya Vasitələri kapitanları ilə rayonun rəsmi qurum rəhbərləri arasında görüş keçirilib. SİA-nın məlumatına görə, görüş zamanı ilk olaraq çıxış edən rayon icra başçısı Tahir Budaqov qonaqları salamlayıb və dəvəti qəbul edib gəldikləri üçün media mənsublarına öz təşəkkürünü bildirib. Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli dövlətin jurnalistlərə göstərdiyi xüsusi qayğıdan danışıb. O, öz çıxışında həmçinin jurnalistlərə evlərin verilməsi məsələsinə də toxunub və bildirib ki, ölkə başçısının sərəncamı ilə artıq tikilməkdə olan tam təmirli evlər gələn ilin avqust ayına kimi jurnalistlərə təhvil veriləcək. O, bu müddətin Mətbuat gününə kimi qısaldıla biləcəyini də istisna etməyib.

Qeyd edək ki, hazırda tədbir müzakirələr şəklində davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə