Azərbaycan-NATO əlaqələrinə dair beynəlxalq konfrans keçirilir

Bakıda "Azərbaycan və NATO əlaqələri: Çikaqo Sammitindən sonra perspektivlər üçün yeni imkanlar" adlı beynəlxalq konfrans keçirilir. SİA-nın xəbərinə görə, tədbir Azərbaycan Hüquqşünasları Konfederasiyası, Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının İnsan Hüquqları Elmi Tədqiqat İnstitutu, Avrasiya Hüquqşünaslar Assosiasiyası, NATO-nun İctimai Diplomatiya Bölməsi və Rumıniyanın Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə ba. tutub.

Konfransda dövlət qrumlarının nümayəndələri, Milli Məclisin deputatları, NATO rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir. Tədbirə sədrliyi Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Əli Hüseynli edir. Həmçinin, İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva, Rumıniyanıın Azərbaycan Respublikasındakı səfiri Daniel Cristian Ciobanu çıxış edəcəklər. Konfransda müxtəlif sessiyalar üzrə fəaliyyət bölmələr, Milli Məclisin deputatı, Azərbaycan Hüquqşünasları konfederasiyasının İdarə Heyətinin üzvü Qüdrət Həsənquliyev, Milli Məclsiin deputatı, Azərbaycan Hüquqşünasları Konfederasiyasının İdarə heyətinin üzvü Fazil Mustafa, Azərbaycan Hüquqşünasları Konfederasiyasının İdarə heyətinin üzvü, Əliməmməd Nuriyev, Təhlükəsizlik məsələləri üzrə ekspert Bəxtiyar Aslanbəyli moderatorluq edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...