Roland Kobia: “Dünyanın Azərbaycana diqqəti artır”

Roland Kobia: “Dünyanın Azərbaycana diqqəti artır”
\"Hesab edirəm ki, XIX Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası" sərgi və konfransı möhtəşəm bir şəkildə təşkil edilib\". SİA-nın xəbərinə görə, bunu Səs TV-yə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı səfiri Roland Kobia bildirib. Onun sözlərinə görə, ildən-ilə bu sərgi çox gözəl təşkil olunur və bunun əhəmiyyəti yüksək qiymətləndirilir:


"Düşünürəm ki, bu kimi konfranslara çox böyük diqqət var. Bu da başlıca olaraq onunla əsaslandırılmalıdır ki, konfransa hər il çoxlu sayda iştirakçı gəlməkdədir. Dünyanın müxtəlif yerlərindən xüsusilə Türkiyə, Avropa və ABŞ-dan Azərbaycana böyük diqqət və maraq var. Ötən müddət ərzində xarici təşkilatlarla Azərbaycan arasında bir sıra müqavilələr imzalanıb. Bununla belə bu il Türkiyə ilə Azərbaycan arasında qaz sahəsinə dair bir sıra müqavilələr bağlanılıb ki, bu da qaz dəhlizində yeni-yeni əlaqələrin inkişafına stimul verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə