Erməni silahlı qüvvələri son günlərdə Milli Ordumuzun üzbəüz mövqelərini və cəbhəyanı kəndlərimizi intensiv olaraq atəşə tutur. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələri tərəfindən Ağdamın, Tərtərin, Füzulinin cəbhə kəndləri və Goranboyun Tapqaraqoyunlu kəndi mütəmadi atəşə tutulur.
Düşmən tərəfi kəndi əsasən avtomat və pulemyotlardan atəşə tuturlar. Əvvəllər ermənilər kəndləri gündüzlər atəşə tuturdularsa, son günlərdə sutkanın istənilən saatında atəşkəsi pozurlar.
Sakinlərin dediklərinə görə, erməni hərbçiləri sahələrə suvarma və əkin-biçin üçün çıxan adamlara, hətta sahələrdə otlayan mal-qaraya da atəş açırlar. Kəndlilər gündüzlər əkin-biçinlə məşğul ola bilmədiklərinə görə, məcbur qalıb gecələr sahələrə çıxırlar.
Qeyd edək ki, düşmən ordusu atəşkəsi pozması nəticəsində ən çox ziyan evlərə dəyir.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB