CNN telekanalının məşhur aparıcısı azərbaycanlı millət vəkili ilə görüşüb - FOTO
Millət vəkili Qənirə Paşayeva Yunanıstanın paytaxtı Afinada keçirilən Dünya Qadın Sammiti çərçivəsində CNN telekanalının ən məşhur jurnalist, aparıcı və proqramçılarından biri Ralitsa Vassileva ilə görüşüb. SİA-nın məlumatına görə, rəsmi görüş zamanı Azərbaycan və ölkəmizin həqiqətləri ilə yanaşı televiziya, jurnalistika, qadın haqları, dünyada qadınların rolunun genişləndirilməsi, siyasət və qadın məsələsi də daxil olmaqla bir çox mövzular ətrafında geniş fikir mübadiləsi aparıblar. Görüşdə eyni zamanda bu cür sammitlərin keçirilməsinin əhəmiyyəti ətrafında da fikir mübadiləsi aparılıb. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva özünün jurnalist həmkarını Azərbaycana dəvət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB