Siyavuş Novruzov: "Milli Məclis yaz sessiyası ərzində səmərəli fəaliyyət göstərib" - AÇIQLAMA

Siyavuş Novruzov: "Milli Məclis yaz sessiyası ərzində səmərəli fəaliyyət göstərib" - AÇIQLAMA

"Milli Məclisin yaz sessiyası öz işini uğurla başa vurdu. Sessiya dövründə ölkəmizin inkişafına naminə bir sıra mühüm qanunvericilik aktları qəbul olundu". SİA-nın xəbərinə görə, bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin İntizam komissiyasının sədri Siyavuş Novruzov parlamentin yaz sessiyasının fəaliyyətinə münasibət bildirərkən deyib.


S.Novruzov bildirib ki, qəbul olunmuş qanunvericilik aktları bütün sferaları əhatə edir. Onun sözlərinə görə, xüsusilə qanunların təkmilləşdirilməsi istiqamətində atılan addımlar təqdirəlayiqdir. Çünki bütün bunlar cəmiyyətin inkişafına, insanların maraqlarına xidmət edir:

"Ona görə də, hesab edirəm ki, Azərbaycan parlamenti yaz sessiyası ərzində çox səmərəli fəaliyyət göstərib. Ümumiyyətlə, ölkəmizdə yüksək parlamentarizm ənənəsi formalaşıb. Bu gün Milli Məclis beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edir və ölkəmizi layiqincə təmsil edir. Yaz sessiyası dövründə bir sıra ölkələrin dövlət başçıları, spikerləri, eləcə də müxtəlif nümayəndə heyətləri Milli Məclisdə qonaq oldular. Bütövlükdə, hesab edirəm ki, parlament gələcək fəaliyyətinində də böyük nailiyyətlər qazanacaq, ölkənin qanunvericilik bazasının daha da gücləndirilməsində yeni töhfələr verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə