“Empatiya” sənədli filminin təqdimatı keçiriləcək

“Empatiya” sənədli filminin təqdimatı keçiriləcək

"De-institusionalizasiya və Alternativ Qayğı" Dövlət Proqramının icrasına və eləcə də ölkəmizdə uşaq müdafiəsi sahəsində həyata keçirilən tədbirlərə dəstək məqsədilə "İRƏLİ" İctimai Birliyi "Dünyaya Baxış" Beynəlxalq Humanitar Təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin maliyyə dəstəyi ilə "Sosial İşçilər: Uşaq Müdafiəsi Sistemi İslahatına yeni baxış" adlı layihəni uğurla başa vurub. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihədə, Azərbaycanda sosial işçilər üçün artan ehtiyaclara hökumət və qeyri-hökumət təşkilatlarının diqqətinin cəlb edilməsi, uşaq müəssisələrindən bioloji ailələrinə qaytarılan uşaqların hazırki vəziyyəti barəsində məlumatlılığın artırılması məqsədilə "İRƏLİ" Prodakşın tərəfindən "Empatiya" sənədli filmi çəkilib.

Məlumat üçün bildirək ki, "Empatiya" sənədli filminin təqdimatı sabah keçiriləcək. Təqdimat mərasimində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Sosial Müdafiə Nazirliyi, Ailə, qadın və uşaq məsələləri üzrə dövlət komitəsi, Ombudsman Aparatı, ATƏT-in nümayəndəliyi, Avropa Şurasının nümayəndəliyi, Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı, Respublika Uşaq Təşkilatı, UNİCEF, SOS Uşaq kəndi Azərbaycan Assosiasiyası, Müasir Təhsil, Tədrisə Yardım Mərkəzi, millət vəkilləri, aidiyyatı dövlət və özəl qurumların, qeyri-hökumət təşkilatların nümayəndələri iştirak edəcəklər.



Bütün xəbərlər Facebook səhifəmizdə