"Azərbaycanda cəzaçəkmə müəssisələrində monitorinqlər müntəzəm olaraq davam etdirilir. Hər hansı problem aşkarlandıqda bununla bağlı dərhal müvafiq qurumlara müraciət edirik. Bir çox hallarda həmin çatışmazlıqlar aradan qaldırılır".
SİA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlaması zamanı Azərbaycanın insan hüquqları üzrə müvəkkili, ombudsman Elmira Süleymanova bildirib: "Hazırda bizdə işgəncələr faktı haqqında məlumatlar yoxdur. Bu fakt Azərbaycanda və bir çox ölkələrdə çox müzakirə edilir. Əgər kimsə bizə kobud rəftarla bağlı müraciət etsə, biz dərhal bu müraciəti Baş Prokurorluğa, Daxili İşlər və Ədliyyə Nazirliklərinə göndəririk".
Qeyd edək ki, Elmira Süleymanova həmçinin bildirib ki, bu ay ombudsmanların VII konfransı keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB