Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 1-də saat 13.25-dən 13.35-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqeləri, saat 10.45-dən 11.05-dək Tərtər rayonunun Göyarx kəndində yerləşən mövqelərdən, iyunun 2-də saat 01.35-dən 01.40-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB