PA-nın şöbə müdiri: \"Müxalifət hesab edir ki, Qərbdən gəlib onları hakimiyyətə gətirəcəklər\"
"Antiazərbaycan platformasında birləşən müxalifət hələ də hesab edir ki, Qərbdən gəlib onları hakimiyyətə gətirəcəklər". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin rolu" mövzusunda təşkil etdiyi konfransda Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
O, qeyd edib ki, öz xalqı qarşısında hesabat verməyən insanlar hakimiyyətə gəlmək istəyirlər: "Xalqın etmadına söykənməyən heç bir qurum möhkəm ola bilməz. Onlar heç bir xarici təşkilat qarşısında Dağlıq Qarabağ problemini, qaçqın-köçkün problemini qaldırmadı. Müxalifətçilər "xalq yürüşü" zamanı xarici jurnalist görən kimi özünü yerə ataraq çığırıblar. Müxalifətin təşkil etdiyi "xalq yürüşü" də məhz belə oldu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB