Respublika günü münasibətilə möhtəşəm bayram şənliyi keçiriləcək

Respublika günü münasibətilə möhtəşəm bayram şənliyi keçiriləcək

Bakı şəhər İcra Hakimiyyəti 28-May Respublika günü münasibətilə Bakı sakinlərini və şəhərimizin qonaqlarını bayram konsertinə, eyni zamanda möhtəşəm atəşfəşanlığı seyr etməyə dəvət edir.

Bakı şəhər İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, mayın 28-də Milli Parkda, Saat Qülləsinin ətrafında incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil olunacaq. Məlumat üçün bildirək ki, saat 21.00-dan başlayacaq konsert proqramı, saat 23.00-da möhtəşəm atəşfəşanlıqla davam edəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə