"İranda milyonlarla azərbaycanlının dini lider kimi qəbul etdiyi din xadiminin burda bu şəkildə tənqid və təhqir olunması milli maraqlarımıza ziddir və düzgün deyil". Bunu AXCP sədri Əli Kərimli İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib. SİA xəbəri az.apa.az saytına istinadən yayır.
O bildirib ki, İranla Azərbaycan arasında əlaqələrin gərginləşməsi onu narahat edir: "Azərbaycanla İran arasında obyektiv problemlər var. Unutmaq lazım deyil ki, İran əhalisinin böyük hissəsi, 40 faizdən çoxu türklərdir. Bunu İran rəsmiləri özləri bəyan edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB