Güclü külək Ağdamda həyatı iflic edib

Güclü külək Ağdamda həyatı iflic edib

Ağdamda başlayan güclü külək və şiddətli yağış elektrik naqillərinə və fərdi yaşayış evlərinə ciddi ziyan vurub. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, rayonun bəzi qəsəbələrində güclü külək elektrik dirəklərini aşırıb, yüksək gərginlikli elektrik xətləri isə sıradan çıxıb. Çiy kərpicdən tikilən evlər qəzalı vəziyyətə düşüb. Evlərin dam örtüyünü külək aşırıb. Təbii fəlakət nəticəsində yaşayış evlərində elektrik enerjisi kəsilib. Qeyd edək ki, məcburi köçkünlərin məskunlaşdığı evlər qəzalı vəziyyətə düşdüyündən yaşamaq təhlükəli həddə çatıb. Sakinlər evlərinin hər an başlarına uçacağından qorxurlar.

Yaranmış vəziyyəti aradan qaldırmaq üçün sakinlər özləri primitiv üsullardan istifadə edərək müxtəlif vasitələrlə evlərin dam örtüyünü bərkidir.

Məlumat üçün bildirək ki, Ağdam rayon FHK-sı dəymiş ziyanı hesablayır.


Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə