Sumqayıt şəhəri ərazisində özlərini Yol Patrul Xidmətinin (YPX) əməkdaşları kimi təqdim edərək vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyən şəxslər tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mayın 21-də Sumqayıt şəhəri ərazisində, şəhər sakini Vüqar Məmmədov Dövlət Yol Polisi əməkdaşının geyim formasını geyərək, tanışı mülki geyimdə olan Göygöz Nəcəfovla birgə özünə məxsus \"Volksvagen-Passat\" markalı avtomaşına kamera yerləşdirib, avtomaşınları saxlayaraq özlərini YPX-in əməkdaşları kimi təqdim edərək vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyiblər. V. Məmmədov və G. Nəcəfov Sumqayıt şəhər Polis İdarəsi əməkdaşları tərəfindən tutulublar.

Bütün xəbərlər Facebook səhifəmizdə