Ötən gün İnsan Hüquqları Klubu, o cümlədən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun təşkilatçılığı ilə keçirilən "Demokratiya naminə oxuyaq" adlı beynəlxalq konfrans təşkilatçıların da dediyi kimi iştirakçıların çoxluğu baxımından fərqli auditoriyaya malik idi. Bir sözlə Azərbaycan mətbuatının bütün tərəflərini təmsil edən mətbuat təmsilçiləri bir araya gəlmişdi. Mətbuatdakı mövcud problemlər birgə müzakirə olundu.
Tədbirin nəticəsi olaraq Azərbaycan mətbuatının nə qazandığı məlum olmasa da təşkilatçı qurumlar yəqin ki, onlara verilən tapşırığı "uğurla" həyata keçirdilər. Tədbirin digər maraqlı məqamı ondan ibarət idi ki, biz juranlistlərin tədbirində Almaniyanın ölkəmizdəki səfiri Herbert Kvellen də iştirak edirdi. Bir məqamı vurğulayaq ki, son zamanlar Azərbaycanda baş verən hər bir siyasi-ictimai hadisəylə bağlı məsələyə Almaniya mətbuatı və ictimai təşkilatları, hətta bu ölkənin səfirliyi səviyyəsində münasibət bildirir. Xatırladaq ki, təxminən 6-7 il bundan öncə ölkədəki siyasi proseslər nədənsə Norveçin ölkəmizdəki səfiri Steynar Gilin maraq dairəsində idi. Hətta 2003-cü il 15-16 oktyabr ixtişaşlarına rəhbərlik etmiş şəxslər səfir Steynar Gil tərəfindən gizlədilmişdi. Bu gün isə Almaniyanın ölkəmizdəki səfiri Herbert Kvellend nədənsə mətbuatdakı problemlərlə maraqlanır. Bundan başqa tədbirin "fəxri qonağı" qismində Sərhədsiz Repartiyorlar Birliyinin məhs Almaniya təmsilçisi İngo Petz iştirak edirdi.
Almaniyanın bu tədbirdə sifarişçi və təşkiltaçı qismində yer alması doğrusu ciddi sual yaradır. Ümumiyyətlə, Azərbaycan mətbuatındakı problemlərin hansı səbəbdən beynəlxalq müstəviyə çıxamasını Mətbuat Şurasının sədri Əflatun Amaşovdan öyrənməyə çalışdıq.
Əflatun Amaşovun sözlərinə görə, Almaniyanın ölkəmizdəki səfirinin dünənki tədbirdə iştirakı kifayət qədər müzakirə tələb edən məsələdir. Şura sədrini sözlərinə görə, Azərbaycan mətbuatının üzləşdiyi iqtisadi çətinlik onların fəaliyyətinə mənfi təsir göstərir. Belə olan halda cəmiyyətdə baş verən proseslər ictimaiyyətə düzgün çatdırılmır. Yəni həmin mətbuat vastəsinə yardım göstərən gücün təsiri hiss olunur. Əflatun Amaşovun sözlərinə görə, ölkədə fəaliyyət göstərən media qurumları və təşkilatların köməyi ilə Avropadakı güclər Azərbaycanda ayrı-ayrı vaxtlarda baş vermiş neqativ halları bir araya toplayıb beynəlxalq ictimaiyyətə mütəmadi baş verən real vəziyyət kimi təqdim edirlər. Guya ki, Azərbaycanda söz azadlığı yoxdur və hakimiyyətin fəaliyyəti yalnız ölkə mətbuatının işini məhdudlaşdırmaqdan ibarətdir.
Əflatun Amaşov qeyd edib ki, burada dövlətlərin maraqları ortaya çıxır, onların iqtisadi və siyasi maraqlar yer alır. Şura sədrinin fikirincə, ölkə əlehinə çıxışlardan həmişə qrant mənbəyi kimi istifadə olunub. Bu artıq geniş yayılmış bir praktikadır. Mətbuatda iqtisadi problemlərin olması ölkəmizdə problemlərin olduğunu təsdiq edir. Burada insanların şəxsi maraqları ilə böyük güclərin siyasi maraqları üst-üstə düşür. Əgər biz iqtisadi baxımdan medianın problemini həll edə bilsək bu cür problemlərlə üzləşmərik. Əflatun Amaşovun sözlərinə görə, indiki şəraitdə hər kəs vətəndaşlıq borcunu layiqincə yerinə yetirməlidir. "Avroviziya" ərəfəsində biz bu problemdən çox Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni müzakirəyə çıxarmalıyıq. Azərbaycandakı öz azadlığı ilə bağlı məsələni ölkə vətəndaş kimi müzakirə etmək lazımdır.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB