Azərbaycanlı millət vəkilləri Litvadakı səfirliyin yeni binasını ziyarət ediblər - FOTO
Litvada keçirilən "Sosial Media və Gənclik" adlı IV Avrasiya Gənclik Forumunda iştirak edər millət vəkilləri Qənirə Paşayeva və Ceyhun Osmanlı ölkəmizin Litvadakı səfirliyinin yeni binasını ziyarət ediblər. SİA-nın məlumatına görə, Azərbaycanın Litvadakı fövqaladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə millət vəkilləri ilə görüşdə bildirib ki, Litvanın ən mərkəzi yerində, tarixi binada fəaliyyət göstərəcək səfirliyimizin yeni binada ilk iş günüdür və millət vəkilləri Qənirə Paşayeva və Ceyhun Osmanlı da ilk ziyarətçilərdir. Səfir bildirib ki, ölkəmiz Litva ilə əməkdaşlığı bütün sahələrdə genişləndirməyə böyük önəm verir və iki ölkə arasında münasibətlər getdikcə daha da inkişaf edir.
Səfir Həsən Məmmədzadə Azərbaycan həqiqətlərinin, tarixi və mədəniyyətinin Litvada daha geniş tanıdılmasına xüsusu diqqət verdiklərini bildirib və Xocalı Soyqırımının 20-ci ildönümündə Litvanın 21 millət vəkilinin Avropa Parlamentinə müraciətinin qəbul olunmasını Azərbaycan həqiqətlərinin daha geniş tanınması istiqamətində önəmli addım kimi dəyərləndirib. Səfir Azərbaycanda keçiriləcək böyük musiqi yarışması olan "Eurovision" ilə bağlı Litvadakı seçim turları zamanı litvalı millət vəkillərinin iştirak edərək Azərbaycanla bağlı müsbət məlumatlar vermələri və fikirlər səsləndirmələrini, final günü isə qalibi elan etmək üçün Azərbaycan səfirinin dəvət olunmasını və onun Azərbaycanla bağlı fikirlər söyləməsinə imkan yaradılmasını ölkəmizin Litvada daha geniş təbliği baxımından önəmli layihələrdən biri kimi dəyərləndirib. Səfir Azərbaycan mədəniyyətinin Litvada daha geniş tanıdılmasının vacibliyinə də toxunub və bildirib ki, bu il 28 may Respublika günü Litvada yüksək səviyyədə qeyd olunacaq və Azərbaycanın xalq artisti Mələkxanım Əyyubovanın Azərbaycan musiqisini daha geniş tanıtmaq üçün bu tədbirə dəvət ediblər.
Səfir Həsən Məmmədzadə Azərbaycanla Litva arasında iqtisadi, ticari və təhsil sahələrində əməkdaşlığın daha da genişlənməsi üçün çoxlu sayda layihələrin həyata keçirilməyə başlandığını da deyib. O, yaxın günlərdə Azərbaycanın təhsil naziri Misir Mərdanovun Litvaya səfər edəcəyini də bildirib. Prezident İlham Əliyevin təşəbbüsü ilə Litvanın 2 universitetinin də 2007-2015-ci illər xaricdə təhsil proqramına salındığını vurğulayan səfir bunu Azərbaycanın Litva ilə təhsil əlaqələrinin inkişafına verdiyi önəm olduğunu bildirib. O, bu qərarın Litvada təhsil alan azərbaycanlı gənclərin sayının armasına səbəb olacağını vurğulayıb. Səfir Litva hökumətinin qərarı ilə hər il 25 azərbaycanlı gəncə Litvada Litva hökuməti hesabına bu ölkədə təhsil alma imkanı yaradılmasının önəmindən də danışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB