Bakıda avtomobillərdən oğurluq edən qrup üzvləri tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Sİa-ya verilən xəbərə görə, mayın 2-də Azadlıq prospektində Şahmar Əsgərova məxsus "BMW" markalı avtomobildən şüşəni sındırma yolu ilə noutbuk, mayın 7-də Q.Quliyev küçəsində Asif Əmirsultanova məxsus "Mercedes" markalı avtomobildən şüşəni sındırma yolu ilə noutbuk, mayın 10-da Zərdabi küçəsində Sadıx Xəlilova məxsus "Mercedes" markalı avtomobildən şüşəni sındırma yolu ilə 1080 manat, mobil telefon, geyim əşyaları və mayın 11-də S.Vurğun küçəsində Ramin Məmmədova məxsus "Lexus" markalı avtomobildən şüşəni sındırma yolu ilə içərisində idman geyimi, sənəd və noutbuk olan çanta oğurlanıb.
Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər Bakı şəhər sakinləri Fuad Məmmədov, Feyruz Qarayev və Nicat Çobanov mayın 13-də tutulublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB