ATƏT-in Bakı ofisi tərəfindən polis və Daxili Qoşunlar üçün kütləvi tədbirlərin ATƏT qarşısındakı öhdəliklərə və beynəlxalq standartlara uyğun idarə edilməsi ilə bağlı təlim təşkil edilib. SİA-nın xəbərinə görə, təlim kütləvi qarışıqlıqların qarşısının alınması zamanı qeyri-zorakı metodlardan istifadə edilməsinə yönəlib. Təlimi Almaniyanın Şlezviq-Qolşteyn əyalətindən gələn polislər keçirib. Təlimə nəzəri və praktik məşğələlər də daxil olub.
Ofisin hərbi-siyasi şöbəsinin rəhbəri Con Makqreqor bildirib ki, sərbəst toplaşmaq hüququ önəmli hüquqdur və Azərbaycan Konstitusiyasında əksini tapıb. ATƏT bu məsələdə dəstək verməyə hazırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB