Nəsimi Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışı olub
Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nəsimi Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib. SİA-nın AzərTAc-a istinadən xəbər verir ki, Rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev Prezident İlham Əliyevə məlumat verdi ki, yeddi mərtəbədən ibarət yeni bina ən müasir tələblər səviyyəsində inşa edilmişdir.
Ümumi sahəsi 5 min kvadratmetr olan bina bütün lazımı avadanlıq və sistemlərlə təchiz edilmişdir. Müasir memarlıq üslubunda yüksək zövqlə inşa olunmuş binanın interyeri Azərbaycanın zəngin təbiətini əks etdirən fotolarla bəzədilmişdir. Binadakı otaqların hamısı müasir tələblər səviyyəsində qurulmuşdur. Burada, həmçinin üç müşavirə zalı, arxiv, rabitə otaqları, yeməkxana, 25 avtomobillik yeraltı qaraj da yaradılmışdır.
Prezident İlham Əliyev Nəsimi Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulmuş, Azərbaycanın dövlət rəmzlərinin əks olunduğu stendlər yaradılmışdır. Foyedə, həmçinin ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətini əks etdirən fotoguşə vardır. Fotoguşədə ümummilli lider Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin Nəsimi rayonunda müxtəlif illərdə keçirilən tədbirlərdə iştiraklarını əks etdirən fotolar böyük maraq doğurur.
Dövlətimizin başçısına binada quraşdırılan elektron idarəetmə və məlumat bazası barədə məlumat verildi. Bildirildi ki, Prezident İlham Əliyevin "elektron hökumət"in yaradılması barədə tapşırıqlarına uyğun olaraq, icra hakimiyyətinin elektron idarəetmə və məlumat bazasında vətəndaşların ərizə və şikayətlərinin qəbulu da reallaşacaqdır. Rayonun hər bir sakini icra hakimiyyətinin binasına gələrək bu sistem vasitəsilə elektron ərizə yaza və müvafiq şöbəyə göndərə bilər.
Bununla yanaşı, vətəndaşlar bu sistemdən internetlə rayon icra hakimiyyətinin rəsmi saytına və ya bu bazaya daxil olaraq evlərindən birbaşa müraciət edə bilərlər.
Prezident İlham Əliyev vətəndaşların qəbulu otağı ilə tanış oldu.
Diqqətə çatdırıldı ki, vətəndaşların qəbulunu operativ və səmərəli həyata keçirmək üçün burada geniş imkanlar vardır. Qəbul otağında ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsi barədə maraqlı kitablar toplanmışdır. 300 yerlik akt zalı ən müasir standartlar səviyyəsində qurulmuşdur.
Müşavirə zalı ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada bütün lazımı inventar və avadanlıq quraşdırılmışdır. 65 yerlik müşavirə zalındakı şərait ən müasir tələblərə cavab verir. Yeni inzibati binada işçilərin normal fəaliyyəti üçün geniş və hərtərəfli imkan yaradılmışdır. Binada ekspo-mərkəz də vardır. Mərkəzdə paytaxtımızın keçmiş və müasir vəziyyətini əks etdirən maraqlı fotolar yerləşdirilmişdir. Gələcəkdə burada rayon məktəblilərinin müxtəlif sərgilərinin keçirilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev yeni inzibati binanın operativ idarəetmə mərkəzi ilə tanış oldu. Mərkəzdə rayonun maketinə baxan dövlətimizin başçısına məlumat verildi ki, maket xüsusi proqramla təchiz edilmişdir. Rayon ərazisində yerləşən bütün tikililər barədə proqram vasitəsilə məlumat almaq mümkündür. Xüsusi proqram rayondakı bütün mənzil istismar sahələrinin ərazilərinin bölgüsünü aydın göstərir.
Təbii fəlakətlərin, istehsalat qəzalarının, dağıntıların yaranması təhlükəsi baş verəcəyi təqdirdə mərkəzdə idarəetmənin, xəbərdarlığın və rabitənin təşkili sxemi də yaradılmışdır. Rayon ərazisində hər hansı bir hadisə baş verdikdə mərkəzdə yaradılan şərait birbaşa xüsusi proqram vasitəsi ilə aidiyyəti orqanlarla qısa zamanda videoəlaqənin yaradılmasına imkan verir.
Dövlətimizin başçısına rayon ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri barədə də məlumat verildi.
Sonra Prezident İlham Əliyev yeni inzibati binanın qarşısında əsaslı təmir edilən parkla tanış oldu.
Bildirildi ki, bu ərazidə geniş yenidənqurma işləri həyata keçirilmiş, ətraf abadlaşdırlmışdır. Ümumi sahəsi 6 min 760 kvadratmetr olan parkın 4 min 560 kvadratmetr ərazisi tamamilə yenidən qurulmuşdur. Parkda geniş yaşıllıq zolaqları salınmış, fəvvarələr quraşdırılmış, sakinlərin səmərəli istirahəti üçün hər cür şərait yaradılmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



