MTN əməkdaşları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünü qeyd edib - FOTO

Bu gün General-leytenant Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin (MTN) şəxsi heyəti ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Fəxri xiyabana gələrək, Azərbaycanın təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi ulu öndərin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyulub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.

MTN-dən SİA-ya verilnəm məlumat görə, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında təntənəli mərasim keçirilib. Əvvəlcə milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov və rəhbər heyət ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyublar. Nazir Eldar Mahmudov kursantları salamladıqdan sonra, ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirib.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov mərasimdə çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev xalqımızın ən nadir şəxsiyyətlər­indən və dünya siyasət aləminin parlaq simalarındandır. Ulu öndərin həyatı vətəninin, xalqının tarixi və taleyi ilə sıx bağ­lı­­ olub. O, müasir Azərbaycanın qurucusu, onun müstəqil dövlət kimi əbədi yaşamasının təminatçısıdır. Məhz buna görə hər il ümummilli lider Heydər Əliyevin anadan olduğu gün ümumxalq bayramı kimi qeyd edilir. İllər ötdükcə bu dahi insanın Azərbaycan naminə tarixi xidmətlərinin miqyası daha aydın görünür. Heydər Əliyevin zəngin həyat yolu ölkənin təhlükəsizliyi ilə daim sıx bağlı olub. Vətən qarşısında əvəzsiz xidmətləri ilə Azərbaycanı dəfələrlə bəlalardan və məhv olmaqdan qoruyub.

Nazir Eldar Mahmudov bildirib ki, böyük şəxsiyyətlər yaşadıqları tari­xin həm də yaradıcısı olurlar. Heydər Əliyev hələ Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1969-82-ci illərdə müstəqilliyimizin siyasi, iqtisadi və intellektual əsasını qoyub. Bu illər geniş quruculuq-yaradıcılıq fəaliyyəti ilə yadda qalıb. Bu dövr onun sayəsində həm də təhlükəsizlik orqanlarında milli ruhun bərqərar olunması ilə xarakterikdir. Məhz bu fəaliyyətlərin nəticəsi idi ki, Azərbaycanın dövlət müstəqilliyi bərpa ediləndə təhlükəsizlik orqanlarında artıq peşəkar milli kadr potensialı var idi. Təhlükəsizlik orqanlarında xidmət etdiyi 25 il ərzində Heydər Əliyev böyük peşəkarlıq məktəbi yaradıb.

Milli Təhlükəsizlik Nazirliyində fəaliyyət Vətənə və xalqa səda­qətin, tapşırılmış sahəyə məsuliyyət hissinin Heydər Əliyev nümunələri əsasında həyata keçirilir. Ümummilli liderin təşəbbüsü ilə yaradılan və onun şərəfli adını daşıyan Milli Təhlükəsizlik Nazirliyinin Aka­demiyası isə təhlükəsizlik orqanlarının kadr potensialının formalaşmasında əsas və vacib rol oynayır.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa­sı istiqamətində ardıcıl fəaliyyət Heydər Əliyev xarici siya­sə­ti­nin başlıca qa­yə­si idi. Bu sahədə onun başla­dığı işlər hazırda da məqsədyönlü və qətiyyətlə davam etdirilir. Pre­zi­dent, Ali Baş Komandan cənab İlham Əliyevin Azər­bay­can Res­publika­sının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş bayram tədbirində de­yib: "Biz elə bir həll yoluna çalışırıq ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin və biz sülh şəraitində yaşayaq". Milli Təhlükəsizlik Nazirliyinin bütün şəxsi heyəti Ali Baş Komandanın bu qəti mövqeyinin reallaş­ması uğrunda üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır.

Bu günki dinamik tərəqqinin sarsılmaz təməlləri Heydər Əliyev tərəfindən qoyulub. Həmin təməllər üzərində inkişafda olan, dünya birliyinə sürətlə inteqrasiya edən Azərbaycan regional və beynəl­xalq layihələrin təşəbbüskarı və iştirakçısıdır. Ölkəmiz durmadan qüdrətlənir. Bizim vəzifəmiz tərəqqi, ümumən dövlətimizin daxili və xarici siyasət kursu üçün təhlükəsizlik şəraiti yaratmaqdır.

Son illər Milli Təhlükəsizlik Nazirliyində bütün istiqamətlər üzrə xeyli işlər görülüb və önəmli nəticələr əldə olunub. Sözsüz ki, Akademiyanın kursantları və dinləyiciləri də yaradılan şəraitdən maksimum istifadə etməli, yaxşı oxumalı, çalışmalı, biliklərini genişləndirməlidirlər. Ən əsas şərt isə müstəqilliyə və dövlətçiliyə sədaqətdir. Hər bir kursant və əmək­daş xalq, cəmiyyət və dövlət qarşısında vəzifə bor­cunu və məsuliyyətini yaxşı bilməlidir. Digər tərəfdən, qlobal və regional xarakterli təhdidlə­rin artdığı şəraitdə milli təhlükəsizlik əməkdaşından getdikcə daha yüksək sayıqlıq və peşəkarlıq, bilik səviyyəsi, intizam, çeviklik və səriştə tələb olunur. Bu baxımdan, kursantların və dinləyicilərin, həmçinin Milli Təhlükəsizlik Nazirliyində müx­təlif sahələrdə çalışan gənclərimizin bu keyfiyyət­lərə malik olmaları gələcək uğurlu fəaliyyət üçün başlıca faktordur.

Milli təhlükəsizlik naziri Eldar Mahmudov təhsildə, vətənin təhlükəsizliyi və qüdrətlənməsi naminə fəaliyyətdə ardıcıl uğurlar arzulayaraq, Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük zəfərlərə çatacağını, torpaqlarımızın işğaldan azad ediləcəyini, bütün bu işlərdə milli təhlükəsizlik orqanlarının şəxsi heyətinin daim ön sıralarda olacağını, fədakarlıq və rəşadət nümunələri göstərəcəklərinə əmin olduğunu qeyd edib.

Sonra çıxış edən Akademiyanın rəisi Ziya Yusif-zadə bildirib ki, müstəqil Azərbaycan dövlətçiliyinin banisi və qurucusu, təkcə ölkəmizin deyil, bütün türk dünyasının ən görkəmli simalarından olan ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında xidmətləri misilsizdir. Bu gün Azərbaycan müstəqillik yolunda inamla addımlayır. Ulu öndərin layiqli siyasi varisi İlham Əliyevin praqmatik daxili və xarici siyasətinin, elmi əsaslara söykənən sosial-iqtisadi strategiyası və onların uğurla həyata keçirilməsi bütün sahələrdə davamlı inkişafı təmin etmiş, böyük nailiyyətlər əldə olunub. Bu siyasət hər bir Azərbaycan vətəndaşının, ölkəmizdə yaşayan bütün insanların maddi və sosial rifahının yüksəlməsinə xidmət edir. Bu gün Azərbaycan xüsusi xidmət orqanlarının inkişafında əvəzsiz rolu olan ulu öndər Heydər Əliyevin şanlı məktəbinin ənənələrini qürurla yaşadan Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti ümummilli liderin dövlətçiliyin və milli maraqların etibarlı qorunması irsini əzmlə davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...