Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Hilton” otelinin qarşısındakı parkda həyata keçirilən abadlıq və quruculuq işləri ilə tanış olublar

Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Hilton” otelinin qarşısındakı parkda həyata keçirilən abadlıq və quruculuq işləri ilə tanış olublar
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva "Hilton" otelinin qarşısındakı parkda həyata keçirilən abadlıq və quruculuq işləri ilə tanış olublar. SİA-nın AzərTAc-a istinadən verdiyi xəbərə görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, 7800 kvadratmetr ərazisi olan parkın 5700 kvadratmetr hissəsinə qranit daşlar döşənib. Burada böyük fəvvarələr kompleksi quraşdırılıb. Parkda İtaliyadan gətirilmiş 12 illik 18 ədəd maqnoliya və 26 illik 28 ədəd şaxtaya davamlı palma ağacları əkilib. 2010 kvadratmetrlik ərazi yaşıllaşdırılıb. Parkın işıqlandırma sistemi ən müasir standartlar səviyyəsində qurulub. Dövlət başçısı görülən işləri yüksək qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə