Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində görülən işlərlə tanış olub - FOTO

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində görülən işlərlə tanış olub - FOTO
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bu gün Heydər Əliyev Mərkəzində həyata keçirilən tikinti işlərinin gedişi, paytaxtın Nərimanov rayonunda Qədirbəyov və Həsənoğlu küçələrinin kəsişməsində 1 kilometrə yaxın yolda aparılan əsaslı təmir, yenidənqurma işləri tanış olublar. SİA-nın AzərTAc-a istinadən verdiyi xəbərə görə, mərkəzdə aparılan işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

Sonra dövlət başçısı və xanımı paytaxtın Nərimanov rayonu ərazisində Qədirbəyov və Həsənoğlu küçələrinin kəsişməsində 1 kilometrə yaxın yolda aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olublar. Bildirilib ki, 32 metr eni olan ikitərəfli yol 4 zolaqlıdır. Xətai prospektinin davamı olan bu yola ən yüksək keyfiyyətli polimer asfalt döşənib, iki kompanetli yol zolaqları çəkilib. Yol boyu 3400 paqonmetr qranit daşlardan bardürlər düzəldilib, 3800 kvadratmetr ərazisi olan səkilərə qranit daşlar döşənib. Burada müasir işıqlandırma sistemi quraşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə