“Azərbaycan və Avropa Birliyi arasında münasibətlər” mövzusunda sorğunun nəticələri açıqlanıb

“Azərbaycan və Avropa Birliyi arasında münasibətlər” mövzusunda sorğunun nəticələri açıqlanıb

Humanitar Tədqiqatlar Cəmiyyəti (HTC) 2012-ci ilin fevral və mart aylarında Bakı, Sumqayıt və Gəncə şəhərlərində 300 nəfər arasında "Azərbaycan və Avropa Birliyi arasında münasibətlər" mövzusuna həsr olunmuş sorğu keçirilib. HTC-dən SİA-ya verilən məlumata görə, 6 nəfər tədqiqatçı tərəfindən aparılan sorğu 250 nəfər müxtəlif sosial qruplardan olan insanlar, eyni zamanda 50 nəfəri ekspertlər arasında keçirilib.

Respondentlər \"Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığı zamanı nələri əsas prioritet sayırsınız?\" sualına cavab verərəkən Demokratiya və insan hüquqlarına əməl olunmasında Azərbaycanın dəstəklənməsini, İqtisadi əməkdaşlıq və iqtisadi münasibətlərin qurulmasından gəlir əldə olunmasını, Dağlıq Qarabağ münaqişəsinin həllində proseslərin tezləşdirilməsinə dəstəyin göstərilməsini, Avropa birliyinə daxil ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsini, Viza məsələlərinin asanlaşdırılması, gediş-gəlişin sadələşdirilməsini və digər məsələləri göstərmişlər.

Rəyi soruşulanlar əsasən, demokratiya, sabitlik və effektiv idarəetmə, iqtisadi inteqrasiya və islahatların AB-nin sektor siyasətinə adaptasiyası istiqamətində əməkdaşlığı AB Şərq Tərəfdaşlığı Proqramında vacib istiqamət saymışlar.

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə əsas amil kimi AB ilə münasibətlərini normallaşdırmasını göstəriblər. Bununla yanaşı Azərbaycanın ÜTT-na qəbul olunmamasının əsas səbəbi kimi ölkədə iqtisadi monopoliya ilə mübarizə aparılmasını istəmədikləri sorğuda iştirak olunanlar tərəfindən qeyd olunub.

Dağlıq Qarabağ münaqişəsinin həllində AB-nin rolunu qeyd edərkən əsasən ATƏT-in Minsk Qrupunda Fransanı əvəz etməsini və sülhyaratma prosesinə dəstək olması vurğulanıb.

Rəyi soruşulanların əksəriyyəti Avropa Birliyi Şərq Tərəfdaşlığı Parlament Assambleyası və Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumu haqqında məlumatsız olduqları bildirilib.

Azərbaycanın iqtisadi və siyasi əməkdaşlıq sahəsində Avropa Birliyi üzvləri olan dövlətlər arasında əsas partnyoru kimi Almaniya, Böyük Britaniya, Polşa, Çexiya Respublikası, Macarıstan, Estoniya, İsveç, Avstriya, Finlandiya, Fransa və İtaliyanın adlarını qeyd olunub.

Sorğuda iştirak edənlərin 192 nəfəri 18-35 yaşı arasında, 86 nəfəri 35-45 yaşı arasında və 22 nəfəri isə 45 yaşından yuxarı olub. Rəyi soruşulanların 211 nəfəri kişi, 89 nəfəri qadın olub.

Sorğunu əsasən müəllim, həkim, polis, iqtisadçı, jurnalist, hüquqşünas, menecer ixtisasının sahibləri, tələbələr və yuxarı sinif şagirdləri cavablandırmışlar.

Bütün xəbərlər Facebook səhifəmizdə