Fuad Muradov: \"Ermənilərin \"Avroviziya\"nı siyasiləşdirmək cəhdləri heç də uğurlu alınmadı\"

Fuad Muradov: \"Ermənilərin \"Avroviziya\"nı siyasiləşdirmək cəhdləri heç də uğurlu alınmadı\"
"Ermənilər hər zaman çalışırlar ki, Azərbaycanla bağlı uğurlu məsələlərdə mənfi müdaxilələr etsinlər". Bunu SİA-ya açıqlamasında millət vəkili Fuad Muradov bildirib. Onun sözlərinə görə, ermənilərin \"Avroviziya\" kimi beynəlxalq tədbiri siyasiləşdirmək məqsədləri heç də uğurlu alınmadı. Çünki onlar etdikləri çıxışları ilə özlərinin nə qədər acız olduqlarını bir daha nümayiş etdirmiş oldular: "Bu yaxınlarda ölkəmizdə beynəlxalq siyasi tədbirlər keçirildi və orada Ermənistan nümayəndələri də iştirak edirdi. Necə ola bilər ki, siyasi qərarlar qəbul edən insanlar ölkəmizə gəlir və tam təhlükəsiz şəraitdə tədbirdə iştirak edir, amma musiqi yarışmasına gələ bilmir. Bu tam absurt fikirdir və yalnız ortalığı qatmaq üçün bir bəhanədir".

Millət vəkilinin sözlərinə görə, hər bir nümayəndə beynəlxalq siyasi tədbirlərdə siyasi çıxışlar edir, mədəniyyətlə bağlı tədbirlərdə isə mədəniyyəti tanıdır. Mədəniyyət, incəsənət tədbirlərindən siyasi məqsədlər üçün istifadə etmək yolverilməzdir: "Ermənilər bilirlər ki, ölkəmizə gələn hər bir iştirakçı Azərbaycanı görüb bəyənəcək, buranın inkişaf dinamikasını hiss edəcək. Ona görə də çalışırlar ki, bu müsabiqəni əngəlləsinlər, Azərbaycana qara yaxsınlar və bura gəlmək istəyən xarici qonaqlarda ölkəmiz barəsində mənfi fikirlər yaratsınlar. Lakin onların etdiyi bütün səylər nəticəsizdir. Çünki Azərbaycan regionun, eləcə də dünyanın yüksək templə inkişaf edən bir ölkəsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə