Dövlət Komissiyası 3 erməni hərbi əsirin üçüncü ölkəyə verilməsi barədə məlumata münasibət bildirib

Dövlət Komissiyası 3 erməni hərbi əsirin üçüncü ölkəyə verilməsi barədə məlumata münasibət bildirib

Azərbaycanda əsirlikdə olan 3 erməni hərbçi üçüncü ölkəyə təhvil verilib. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, onların hansı ölkəyə verilməsi barədə məlumat verilmir. Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupunun rəhbəri Firudin Sadıqov SİA-ya açıqlamasında Ermənistan KİV-lərində Azərbaycanda saxlanılan 3 erməni hərbi əsirin üçüncü ölkəyə verilməsi barədə məlumata münasibət bildirib.

O, qeyd edib ki, Azərbaycanda əsirlikdə olan 3 erməni hərbçi mətbuata açıqlamalarında Ermənistana qayıtmaq istəmədiklərini, üçüncü ölkəyə getmək istədiklərini bəyan ediblər: "Onlarla BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarlığı məşğul olur".

Bütün xəbərlər Facebook səhifəmizdə