Bu gün Strateji Araşdırmalar Mərkəzində (SAM) "İrəli" İctimai Birliyinin Siyasi Akademiyasının tələbələri ilə Milli Məclisin deputatı, professor Musa Qasımlının görüşü keçirilib. SİA-nın xəbərinə görə, görüşdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması, xarici siyasəti haqqında ətraflı məlumat verilib. M.Qasımlı bildirib ki, XX əsrdə Azərbaycan xalqı ilk dəfə olaraq 1918-ci ildə dövlət millətinə çevrildi. 1828-ci ildə xanlıqlar formasında Rusiya tərəfindən işğal edilib onun tərkibinə qatılmışdıqsa, 1918-ci ildə Azərbaycan vahid bir xalq, ölkə olaraq onun tərkibindən çıxdı. 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər. Bununla da Azərbaycan xalqı bütün müsəlman Şərqində ilk dəfə olaraq respublika idarə üsulunu qurdu, müsəlman Şərqinə cümhuriyyət fikrini, məfkurəsini məhz Azərbaycan xalqı gətirdi. O, Cümhuriyyətin qurulmasını bütün müsəlman Şərqinə təsir edən əhəmiyyətli hadisə olduğunu sözlərinə əlavə etdi. Sonra tədbir iştirakçılarını maraqlandıran suallara millət vəkili tərəfindən aydınlıq gətirildi.
Qeyd edək ki, layihənin əsas məqsədi gəncləri beynəlxalq və yerli siyasi təcrübə, Azərbaycanın yerli və regional siyasəti ilə yaxından tanış etmək, maarifləndirmək, onların siyasi aktivliyinin artırılmasına nail olmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB