YAP Qadınlar Şurasının üzvləri cəbhə xəttindədir - FOTOSESSİYA

YAP Qadınlar Şurasının üzvləri cəbhə xəttindədir - FOTOSESSİYA

Bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının üzvləri Beyləqan və Füzuli istiqamətində cəbhə xəttində \"N\" saylı hərbi hissədə olub, əsgər və zabit heyəti ilə görüş keçiriblər. SİA-nın verdiyi məlumata görə, tədbir Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə təşkil edilib. Görüşdə YAP İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova, parlamentin İnsan hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova və partiyanın bir qrup fəal qadınları iştirak ediblər.


Hərbçilər qarşısında çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova Azərbaycanın güclü orduya sahib olduğunu bildirib. O silahlı qüvvələrimizin torpaqlarımızı hər an işğaldan azad etməyə qadir olduğuna inandığını deyib.


Təmas xəttində əsgərlərlə nahar edən YAP Qadınlar Şurasının üzvləri hərbçilərə hədiyyələr təqdim ediblər. YAP Qadınlar Şurasının üzvləri həmçinin, işğal olunmuş Azərbaycan əraziləri istiqamətindəki müşahidə məntəqələrinə baş çəkib, əsgərlərin xidmət şəraiti ilə yaxından tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə