FHN Qarabağ bölgəsində irimiqyaslı tədbirlər keçirir

FHN Qarabağ bölgəsində irimiqyaslı tədbirlər keçirir

FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti meşələrdə yanğınların qarşısını almaq üçün Qarabağ bölgəsində yanğın təhlükəsizliyini tənim etmək məqsədiylə qabaqlayıcı tədbirlər həyata keçirib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Ağdam, Bərdə, Beyləqan və Ağcabədi rayonlarından nümayəndə heyətləri iştirak ediblər.

Ağdam, Bərdə, Beyləqan və Ağcabədi rayonlarında yerləşən meşə sahələrində baş verə biləcək yanğının qarşısını almaq FHN maarifləndirici tədbirlər həyata keçirir. Meşə sahələrində də yanğın təlimat lövhələri asılıb. Meşə sahəsinə yaxın və ya meşələrdə yerləşən ictimai iaşə obyektlərinin sahibləri və işçiləri ilə də səyyar müşavirə keçirilib. Onlara da yanğın mühafizəsi qaydaları və təhlükəsizlik qaydaları barəsində təlimatlar verilib.

FHN həmcinin dənli və texniki bitkilərin yığılması daşınması, saxlanması və emalı zamanı yanğın təhlükəsizliyinin tənim olunması yolunda müvafiq qabaqlayıcı tədbirlər keçirib. Rayonların icra hakimiyyəti və bələdiyyələri, eləcə də fermer təsərrüfatlarının nümayəndələrinin iştirak etdiyi səyyar müşavirədə texnikalara, elektrik təsərrüfatına, əraziyə baxış keçirilib.

Təsərrüfat rəhbərləri tərəfindən müvafiq texniki işçilərin təlimatlandırılması, ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunması işinin vəziyyəti öyrənilib.

Fermerlərə yanğınla mübarizə qaydaları da izah edilib, yanğınsöndürmə balonundan istifadə qaydaları öyrədilib. Daha sonra isə şərti yanğın törədilmiş və fermerlərin təlimatlandırılması üçün onların gözü qarşısında yanğınsöndürmə balonu vasitəsiylə söndürülüb


Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə