Səfir Aqşin Mehdiyev BMT baş katibi Pan Ki Mun ilə görüşüb

Səfir Aqşin Mehdiyev BMT baş katibi Pan Ki Mun ilə görüşüb
Aprelin 23-də Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev BMT baş katibi Pan Ki Mun ilə görüş keçirib.

Nümayəndəlikdən SİA-ya verilən məlumata görə, görüş zamanı cari ilin may ayında Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına sədrliyinin başlanması, beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılması və terrorçuluqla mübarizənin gücləndirilməsi kimi məsələlər və nəzərdə tutulan tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb. Bölgədə mövcud vəziyyət daxil olmaqla, bir sıra maraq kəsb edən məsələlərə də toxunulub və təşkilatla əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə