Ermənilər qondarma soyqırıma görə Türkiyədən hansı məbləğdə təzminat istəmək barədə düşünürlər. Bunu ökənin ədliyyə naziri Qrayr Tovmasyan mövcud istiqamətdə bəzi yerli kütləvi informasiya vasitələrində gedən diskussiyalara münasibət bildirərkən deyib.
Xəbərdə deyilir ki, Q.Tovmasyan tənzimatın miqdarının dəqiqləşdirilməsi işinə iki müavininin cəlb edildiyini vurğulayıb. Onun sözlərindən anlaşılan budur ki, müavinlərin beynəlxalq hüquq sahəsində təcrübəyə malik olmaları maddi haqq-hesabı düzgün qiymətləndirmələrinə şərait yaradacaq.
Aparılan işin nəticələrinin ictimaiyyətə nə vaxt açıqlanacağına gəlincə, erməni ədliyyə naziri qəribə fikir söyləyib: "Hələlik heç nə deyə bilmərəm. Çünki cəmiyyətimiz üçün arzuolunmaz nəticələr ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB