Prezident İlham Əliyev İsrail Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın Prezidentin rəsmi saytına verdiyi məlumata görə, İsrailin Baş nazirinin müavini, xarici işlər naziri Aviqdor Liberman Azərbaycana səfərindən ötən dövr ərzində ölkəmizdə çox böyük inkişafın şahidi olduğunu deyib.
Dövlət başçısı Azərbaycanda quruculuq işlərinin ardıcıl olaraq sürətlə həyata keçirildiyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə İsrail arasında əlaqələrin müxtəlif sahələrdə inkişafına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB