Araz Əlizadə: “Bu mitinqlər xalqa heç nə verməyib, verməyəcək də”

Araz Əlizadə: “Bu mitinqlər xalqa heç nə verməyib, verməyəcək də”
\"İctimai Palatanın ötən gün keçirilən növbəti mitinqində dövlətə qarşı səsləndirilən təhqirəmiz, sərt, düşünülməmiş çıxışlar həmin insanların hansı təfəkkürə, savada malik olduğundan xəbər verir\". Bunu SİA-ya açıqlamasında Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə bildirib. Onun sözlərinə görə, həmin mitinqdə iştirak edənlər bir növ "Adını sənə qoyaram, səni yana-yana qoyaram" deyiminə şərikdilər: "Müxalifətin dövlətə qarşı səsləndirdiyi sərt, təxribat xarakterli çıxışlar ilk növbədə dəlil, faktlarla sübuta yetirilməlidir. Bu insanlar sadəcə stəkanda fırtına yaratmaqla məşğuldurlar. Həmişə olduğu kimi, yaratdıqları birlik iflasa uğrayacaq və özləri özlərini biabır edəcəklər.


A.Əlizadənin fikrincə, Azərbaycanın müxalifət düşərgəsinin, xüsusilə də İctimai Palata adlanan təşkilatın mitinq keçirmək cəhdlərinin heç bir mənası və effekti yoxdur. Həmin təşkilatlar və mitinqə çağırışlarla çıxış edən siyasətçilər birdəfəlik anlamalıdır ki, xalq onları dəstəkləmir. İctimai Palatanın yeni aksiyaları da mənasızdır: \"Bu mitinqlər xalqa heç nə verməyib və verməyəcək də. Üstəlik, həmin aksiyalar xaricdən təhrik olunur. Xaricdən təhrik olunan nə varsa, həmişə nəticəsiz qalır".

Bütün xəbərlər Facebook səhifəmizdə