Cavaxetiya ermənilərindən Gürcüstan hakimiyyətinə \"soyqırımı\" şantajı
Gürcüstanın ermənilər yaşayan Cavaxetiya bölgəsinin Rusiyadakı diasporu Gürcüstan hakimiyyətinə və müxalifətinə, həmçinin ictimaiyyətinə səslənərək ölkədən qondarma \"erməni soyqırımı\"nın tanınmasını istəyən müraciət qəbul edib. Bu barədə məlumatı \"freegeorgia\" yayıb.
Dünyanın müxtəlif ölkələrində qondarma soyqırımın tanındığının xatırlandığı müraciətdə Gürcüstan prezidentindən, parlamentindən məsələni qanuniləşdirmək xahiş olunur. Sənəddə vurğulanır ki, 1915-1923-cü illərdə Osmanlı İmperiyası daxilində baş verənlərin soyqırım kimi qəbulu Gürcüstanın dünyadakı nüfuzunun artmasında müstəsna rol oynayacaq.
Qeyd edək ki, müraciətdə həmçinin \"erməni soyqırımı\"nın tanınmasının tarixi ədalətin bərpası baxımından siyasi iradə tələb edən addım olduğu önə çəkilir, bunun gürcü-erməni əlaqələrinin gələcəyi nöqteyi-nəzərdən zəruriliyi vurğulanır.
Göründüyü kimi, ermənilər 24 aprel tarixinə hesablanmış müraciətləri ilə Gürcüstan hakimiyyətinə, eləcə də prezidentinə təzyiq göstərmək yolu tuturlar. Erməni-gürcü əlaqələrinin gələcəyinin yada salınması, Gürcüstanın nüfuzu məsələsinin qabarıdlması sıradan məsələ sayıla bilməz. Nəzərə alsaq ki, Cavaxetiya dəfələrlə Gürcüstan hakimiyyətini müxtəlif separatçılıq meylləri ilə şantaj edən bölgədir, hazırkı müraciətin də əslində nəyə hesablandığını söyləmək çətin deyil. Hər halda sənədi hazırlayanlar prezident Mixail Saakaşvili hakimiyyətinin heç bir halda \"erməni soyqırımı\"nı tanımayacağını bilməmiş deyillər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB