Azərbaycanın \"Eurovision- 2012\" mahnı müsabiqəsinə ev sahibliyi etməsi ölkəmizin nə qədər yaxşı inkişaf etdiyinin bariz nümunəsidir. SİA-nın məlumatına görə, bununla bağlı millət vəkilləri Hadi Rəcəbli və Hüseynbala Mirələmov fikirlərini bildiriblər.
Hadi Rəcəbli: \"Eurovision- 2012\" mahnı müsabiqəsinin ölkəmizdə keçirilməsi Azərbaycanı ilk növbədə dünyada məşhur edəcək. Bu bir daha özünü onda göstərəcək ki, Azərbaycanın mədəniyyəti olduqca inkişaf edib. Minlərlə qonağı bir anda qəbul edə bilən dövlətik. Bununla da bütün dünyaya mesaj göndərəcəyik. Digər tərəfdən isə bu tədbirlə bağlı nə qədər işlər görülür. Bu müsabiqəyə görə vətəndaşlarımız nə qədər iftixar hissi keçirdi. Müsabiqə bir daha göstərdi ki, Azərbaycan brend ölkəyə çevrilib. Dövlətimiz dünyada bəyənilir və tək siyasi, iqtisadi baxımdan deyil, eləcə də mədəniyyət sahəsi üzrə inkişaf edir\".
Hüseynbala Mirələmov: \"Çox sevinirəm ki bütün dünyanın gözü üzərimizdədir, çünki Eurovision kimi mötəbər mahnı müsabiqəsinə bu il Azərbaycan ev sahibliyi edəcək. Bütün dünya ölkələrindən bir çox insanlar Bakıya gəlməyə hazırlaşırlar. Bu səbəbdən də Bakıda sürətli abadlaşdırma işləri həyata keçirilir və şəhərimiz günü- gündən gözəlləşir. Nə qədər çox Azərbaycan dünya miqyasında tanınarsa, bir o qədər də ölkəmiz dünyada tanınar. İnanıram ki, müsabiqə zamanı hər şey öz qaydasında gedəcək. Müsabiqənin təhlükəsizliyi baxımından da məsul dövlət qurumlarımız bu işin öhdəsindən layiqincə gələcək. Heç bir qanun pozuntusuna yol verilməyəcəyinə inanıram. Elə insanlar vardı ki, Azərbaycanın varlığından xəbərsiz idilər. Ancaq müsabiqə vasitəsi ilə ölkəmiz haqqında kifayət qədər məlumatlı oldular. Azərbaycan neft sahəsindəki uğuru ilə yanaşı beynəlxalq müsabiqənin burada keçirilməsi ilə daha da tanınacaq\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB