YAP Şəmkir rayon təşkilatında görüş keçirilib - FOTO

YAP Şəmkir rayon təşkilatında görüş keçirilib - FOTO

Bu gün Şəmkir rayon İcra Hakimiyyəti və YAP Şəmkir rayon təşkilatının birgə təşəbbüsü əsasında rayon gəncləri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, görüş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının qəbul olunması haqqında, Ümummilli Lider Heydər Əliyevin 89-cu il dönümü münasibəti və Gənclərin azərbaycançılıq, vətənpərvərlik ideyaları, milli və ümumbəşəri dəyərlərə hörmət, gənclərin məşğulluğunun təmini və sosial-maddi vəziyyətinin yüksəldilməsi, gənclərin istək və arzularının öyrənilməsi məqsədini daşıyır.

Tədbiri giriş sözü ilə açan, Şəmkir rayon gənclər və idman idarəsinin rəisi Pərvin Gözəlov bildirib ki, Azərbaycan gəncliyinin inkişafı və ölkəmizdə gənclər siyasətinin formalaşması Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır: "Azərbaycanda 2 fevral Gənclər Günü 1997-ci ildən qeyd edilir. Həmin gün məhz Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilib\".

P.Gözəlov Azərbaycanda gənclərə diqqət və qayğı siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Tədbirdə çıxış edən Şəmkir rayon təhsil şöbəsinin metodisti İmanova Firuzə Vacib qızı bildirib ki, gənclərimiz müasir Azərbaycanın inkişafı prosesində fəal iştirak edir və dövlətimiz gənclərmizin vətənpərvər ruhda inkişafı üçün hər cür şəraiti yaradır.

Tədbirdə çıxış edən Şəmkir rayon icra hakimiyyətinin başçısı Nazim Veysov qeyd edib, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində bu gün gənclər cəmiyyətdə öz yerini tutur.

"Ulu öndər Heydər Əliyev hər bir gəncin Azərbaycanın müstəqilliyini təmin etmək üçün vətənini, ölkəsini, xalqını, millətini, dilini, dinini, milli ənənələrin sevməli olduğunu bildirib.

Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd edib ki, Azərbaycanın ictimai-siyasi həyatında mühüm rola malik olan YAP hər zaman dövlətimizin inkişafı ilə bağlı məsələlərdə fəallığı ilə seçilib. Bu mənada YAP Gənclər Birliyinin üzvləri də hər zaman milli maraqlarımızın qorunması, inkişaf etdirilməsi işində fəallıq nümayiş etdirirlər: "Ölkəmizdə yüksək bilik və bacarığa, intellektə malik yeni gənc nəsil formalaşır. Sevindirici haldır ki, bu gənclərin əksəriyyəti partiyamızın sıralarında cəmləşir. Gənclərin fəaliyyəti üçün geniş imkanlar yaradan YAP onların potensialından səmərəli istifadə edir".


Tədbirdə həmçinin çıxış edən Şəmkir rayon təhsil şöbəsinin müdiri, YAP Şəmkir rayon təşkilatı sədrinin müavini Məcid Şıxlınıski bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasətinin məqsədi gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdir.


Tədbirdə çıxış edən Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi, YAP Şəmkir rayon təşkilatı sədrinin müavini Nürəddin Əhmədov ölkəmizdə həyata keçirilən gənclər siyasəti, gənclərə göstərilən diqqət və qayğı barədə ətraflı məlumat verib. Bildirib ki, "Ölkəmizdə yeni iş yerlərinin açılması, tələbə gənclərin təqaüdlərinin və gənclərin xarici ölkələrdə təhsil imkanlarının artırılması dövlətimizin gənclərlə bağlı siyasətinin əsas istiqamətidir. Təsadüfü deyil ki, gənclər ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər".

Digər çıxış edənlər Şəmkir rayon Zəyəm qəsəbə 1 №-li tam orta məktəbin psixoloqu Cəlilova Ülviyyə Əli qızı, Şəmkir rayon Mərkəzi Xəstəxanasında kompüter üzrə operator Məmmədov Fuad Etibar oğlu, Şəmkir rayon Çinarlı qəsəbə tam orta məktəbin kimya müəllimi Budaqova Aytən Asif qızı, Şəmkir rayon Sarıtəpə kənd sakini gənc Qasımova Türanə Behbud qızı Azərbaycan dövlətinin həyata keçirdiyi gənclər siyasəti barədə danışıblar. Tədbirdə çıxış edən qonaqlar bildirib ki, artıq Azərbaycanda elə bir gənc nəsil formalaşıb ki, ona həm Azərbaycan cəmiyyəti etibar edir, həm də dünyada hörmət olunur. Bu gün Azərbaycan gəncliyi intellektualdır, gənclərimiz fəaliyyət göstərdikləri hər bir sahədə yüksək peşəkarlıq nümayiş etdirirlər. Gənclərimizin fəallığı Azərbaycanın beynəlxalq nüfuzuna da öz müsbət təsirini göstərdiyini bildiriblər.

Sonra Şəmkir rayon İcra Hakimiyyəti rəhbərliyinin gənclərə tövsiyyələri olub.

Qeyd edək ki, tədbirin sonunda Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul olunub.





Bütün xəbərlər Facebook səhifəmizdə