Respublika Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Quba yolunda körpünün uçması ilə əlaqədar sürücülərə müraciət edib. SİA-nın qurumun rəsmi saytına istinadla verdiyi məlumata görə, Bakı-Quba-Rusiya sərhədi yolunun 156-cı km-də, Qaraçay üzərindəki körpünün daşqın səbəbindən bir hissəsinin çökməsi nəticəsində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Bunula əlaqədar Baş DYP İdarəsi Bakıdan Qubaya, eləcə də əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələri sürücülərdən xahiş edir ki, həmin istiqamətlərə getmək üçün Gəndob-Xaçmaz-Quba və ya Gəndob-Yalama alternativ yollarından istifadə etsinlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB