Xaçmaz rayonunda güclü yanğın hadisəsi baş verib. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, yanğın Nabranın Muxtadır qəsəbəsindəki yol kənarında baş verib. Hava güclü küləkli olduğundan yanğın tez bir zamanda böyük bir ərazini əhatə edib. Yanğını söndürmək üçün FHN-nin Şimal Regional Mərkəzinin Xaçmaz Yanğından mühafizə bölməsindən və Xudat şəhərindən 2 yanğınsöndürən maşın cəlb olunub. Küləyin istiqaməti yol kənarındakı yanacaqdoldurma məntəqəsi tərəfə olduğuna görə, yanacaqdoldurma məntəqəsi təhlükəli vəziyyətdədir.
Məlumat üçün bildirək ki, güclü yanğın hələ də davam edir.
Qeyd edək ki, yanğını söndürməyə Muxtadır kənd sakinləri də köməklik göstərməyə çalışır.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB